...

Baş katib: AŞ Azərbaycanla bağlı Fəaliyyət Planına dair danışıqlar aparır

Siyasət Materials 4 Oktyabr 2012 17:29 (UTC +04:00)
Avropa Şurası (AŞ) Azərbaycanla bağlı Fəaliyyət Planına dair danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında AŞ-nin baş katibi Torbyorn Yaqland Azərbaycanla bağlı Fəaliyyət Planına dair məsələyə münasibət bildirərkən deyib.
Baş katib: AŞ Azərbaycanla bağlı Fəaliyyət Planına dair danışıqlar aparır

Fransa, Strasburq, 4 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası (AŞ) Azərbaycanla bağlı Fəaliyyət Planına dair danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında AŞ-nin baş katibi Torbyorn Yaqland Azərbaycanla bağlı Fəaliyyət Planına dair məsələyə münasibət bildirərkən deyib.

Yaqland qeyd edib ki, bununla bağlı AŞ katibliyinin nümayəndə heyətinin Azərbaycana səfəri də nəzərdə tutulur.

"Fəaliyyət Planı ilə bağlı hazırda danışıqlar aparılır. Bundan əlavə, Avropa Şurası katibliyinin nümayəndə heyətinin bununla bağlı Azərbaycana səfəri nəzərdə tutulur. Səfərin gerçəkləşməsi artıq dəqiqləşib. Lakin konkret tarix müəyyənləşməyib. Amma onu deyə bilərəm ki, səfərin reallaşması üçün artıq razılıq əldə edilib", - baş katib bildirib.

Yaqland regiona səfəri ilə bağlı suala cavabında deyib ki, hələ ki belə bir səfər nəzərdə tutulmur.

"Regiona, xüsusilə Azərbaycana səfər Fəaliyyət Planı ilə bağlı razılıq əldə olunduqdan sonra baş tuta bilər. Əgər belə səfər olarsa, bu səfər Bakıya ediləcək", - o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti