...

Elmar Məmmədyarov Meksika Konqresi Deputatlar Palatasının komitə sədri ilə görüşüb

Siyasət Materials 9 Oktyabr 2012 18:18 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledonu qəbul edib.
Elmar Məmmədyarov Meksika Konqresi Deputatlar Palatasının komitə sədri ilə görüşüb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledonu qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov Azərbaycan və Meksika arasında ikitərəfli münasibətlərin inkişafından məmnun olduğunu bildirib və bu əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Azərbaycanın Meksika ilə münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdıran nazir, iki ölkə arasında qarşılıqlı səfərlərin intensivləşdirilməsi və parlamentlər arasında təmasların artırılmasının ümumi münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyini bildirib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Məmmədyarov, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasının vacibliyini bildirib və Meksika Senatı tərəfindən qəbul olunmuş qətnaməyə görə öz təşəkkürünü bildirib.

Meksika Parlamentinin Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo, öz növbəsində, ölkəmizə səfərindən məmnun olduğunu bildirib və səmimi qəbula görə öz təşəkkürünü bildirib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb və qeyd edib ki, iki ölkə arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün potensial mövcuddur.

Ledo, həmçinin, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti