...

Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 12 Oktyabr 2012 12:42 (UTC +04:00)
Oktyabrın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təkbətək görüşü olmuşdur.
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Oktyabrın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi, iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti