...

Elmar Məmmədyarov Qırğız Respublikasının XİN rəhbəri ilə görüşüb

Siyasət Materials 15 Oktyabr 2012 14:08 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının XİN rəhbəri Erlan Abdildayev ilə görüşüb.
Elmar Məmmədyarov Qırğız Respublikasının XİN rəhbəri ilə görüşüb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının XİN rəhbəri Erlan Abdildayev ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirib, Azərbaycan və Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib. Nazir, həmçinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayıb.

Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdildayev ölkəmizə səfər etməkdən məmnun olduğunu qeyd edib və Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib. O, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu və ölkələrimiz arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüş zamanı nazirlər İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti