...

NATO-nun mənzil qərargahında "Azərbaycanın Əfqanıstanda iştirakı" mövzusunda sərgi keçirilib (FOTO)

Siyasət Materials 19 Oktyabr 2012 18:46 (UTC +04:00)
Аzərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə keçirilən sərgidə ölkəmizin Əfqanıstana mülki və hərbi dəstəyi, o cümlədən NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfələrinə dair şəkillər, eyni zamanda, Azərbaycanın tarixini, mədəniyyətini və iqtisadi inkişafını əks etdirən çap materialları və videoçarx nümayiş etdirilib.
NATO-nun mənzil qərargahında "Azərbaycanın Əfqanıstanda iştirakı" mövzusunda sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

NATO-nun mənzil qərargahında "Azərbaycanın Əfqanıstanda iştirakı" mövzusunda sərgi keçirilib.

Аzərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə keçirilən sərgidə ölkəmizin Əfqanıstana mülki və hərbi dəstəyi, o cümlədən NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfələrinə dair şəkillər, eyni zamanda, Azərbaycanın tarixini, mədəniyyətini və iqtisadi inkişafını əks etdirən çap materialları və videoçarx nümayiş etdirilib.

Sərgidə Azərbaycanın NATO yanında nümayəndəliyinin müşaviri H.Hüseynov, hərbi nümayəndə general-mayor H.Mahmudov, NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisinin müavini T.Vaytsayd, Azərbaycan Diplomatik Akademiyasının (ADA) dekanı T.Mustafayev çıxış ediblər. Çıxışlarda Azərbaycanın ISAF əməliyyatına hərbi qüvvə və tranzit dəstəyi, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Əfqanıstana ekspertiza və çap materialları vasitəsilə yardımı, ADA-nın Əfqanıstanın dövlət qulluqçuları üçün təşkil etdiyi təlimlər qeyd olunub və bu töhfələrin əhəmiyyəti vurğulanıb.

NATO-nin İctimai diplomatiya bölməsinin texniki dəstəyi ilə baş tutan sərgidə NATO baş katibinin müdafiə siyasəti və planlama üzrə köməkçisi H.Diriöz, NATO Beynəlxalq Katibliyinin və Beynəlxalq Hərbi Heyətinin rəsmiləri, üzv və tərəfdaş dövlətlərin nümayəndələri və həmin tarixdə NATO-nun mənzil qərargahında səfərdə olan ADA tələbələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti