...

"Sabah" qəzeti: Mehriban xanım Əliyeva Azərbaycanda baş verən dəyişikliklərin memarlarındandır

Siyasət Materials 19 Oktyabr 2012 20:29 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda baş verən dəyişikliklərin memarlarından biridir.
"Sabah" qəzeti: Mehriban xanım Əliyeva Azərbaycanda baş verən dəyişikliklərin memarlarındandır

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda baş verən dəyişikliklərin memarlarından biridir. Trend Mehriban xanım Əliyevanın www.mehriban-aliyeva.org rəsmi saytına istinadən xəbər verir ki, bu fikir Türkiyənin "Sabah" qəzetində Azərbaycanın müstəqillik qazanmasının növbəti ildönümünə həsr olunmuş "Qardaş ölkə 21 yaşındadır" başlıqlı məqalədə yer alıb.

Trend Mehriban xanım Əliyevanın rəsmi saytına istinadən məlumat verir ki, məqalənin müəllifi Səlcuq Ərən yazır ki, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondu və ya Prezident Administrasiyasının internet saytı vasitəsilə ona ünvanlanmış hər bir məktuba cavab verir. "Mehriban Əliyeva xalq arasında çox sevilir. O, xüsusilə xəstələrə və məktəblilərə diqqət göstərir. Bakıda bu ilin mayında keçirilmiş "Eurovision" mahnı müsabiqəsi ərəfəsində onun rəhbərliyilə görülmüş genişmiqyaslı işlər isə indi də ictimaiyyətin diqqət mərkəzindədir", - deyə məqalədə bildirilir: "Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən son 5 ildə ölkədə 400 məktəb inşa edilib".

Müəllif yazısında özünün bilavasitə iştirak etdiyi İkinci Bakı Beynəlxalq Humanitar Forumundan da bəhs edib: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən təşkil olunmuş forumda sabiq dövlət başçıları, BMT və YUNESKO nümayəndələri, Nobel mükafatçıları iştirak ediblər. Ümumilikdə Heydər Əliyev Mərkəzinə dünyanın 70 ölkəsindən 800-dək xarici qonaq toplaşmışdı. Birinci xanım Mehriban Əliyeva hər bir ali qonağa diqqət ayırır, onlara Azərbaycanda baş verən miqyaslı dəyişikliklər haqda məlumat verirdi. Xarici qonaqlarla ikigünlük forum çərçivəsində keçirilən görüşlərin sonunda belə bir fikir yarandı: "Neftdən gələn gəlirlərin Azərbaycan xalqı üçün xərclənməsi müsbət amildir. Qərblə yaxınlaşma kursu isə özü ilə güclü demokratiya da gətirəcək. Biz bilmirdik ki, Azərbaycan bu dərəcədə ciddi dəyişikliklər yolundadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti