Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/
Oktyabrın 23-də Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu ilə görüşüb. Bu barədə Trend Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
"Görüş zamanı ikitərəfli münasibətlərin və MDB çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyətin bəzi aktual məsələlərinə toxunulub", - məlumatda deyilir.