...

Azərbaycanın güc strukturlarının rəhbərləri İtaliyaya səfər edəcəklər

Siyasət Materials 31 Oktyabr 2012 13:48 (UTC +04:00)
Bu ilin sonuna kimi Azərbaycanın bir neçə dövlət rəsmisinin İtaliyaya rəsmi səfəri və iki ölkə arasında iqtisadi, mədəni sahə üzrə bir sıra böyük tədbirlərin keçiriləcəyi gözlənilir.
Azərbaycanın güc strukturlarının rəhbərləri İtaliyaya səfər edəcəklər

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin sonuna kimi Azərbaycanın bir neçə dövlət rəsmisinin İtaliyaya rəsmi səfəri və iki ölkə arasında iqtisadi, mədəni sahə üzrə bir sıra böyük tədbirlərin keçiriləcəyi gözlənilir. Trend-in məlumatına görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və daxili işlər naziri Ramil Usubov İtaliyaya səfər edəcək. Əbiyevin noyabrın əvvəlində baş tutacağı səfəri zamanı iki ölkənin müvafiq nazilikləri arasında müqavilənin imzalanması nəzərdə tutulur.

Səfir deyib ki, daha sonra Ramil Usubov Romada İnterpolun Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək. Sessiya zamanı onun İtaliyanın daxili işlər naziri ilə görüşü nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Sadıqovun sözlərinə görə, bu ilin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin İtaliyaya səfəri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti