...

AR XİN mətbuat xidmətinin rəhbəri Cənubi Afrikada enerji təhlükəsizliyi mövzusunda çıxış edib (FOTO)

Siyasət Materials 2 Noyabr 2012 02:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycanın Afrika Dostları adlı təşkilatının təşəbbüsü ilə cari ilin cümə axşamı Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan və Avropanın enerji təhlükəsizliyi mövzusunda çıxış etmişdir.
AR XİN mətbuat xidmətinin rəhbəri Cənubi Afrikada enerji təhlükəsizliyi mövzusunda çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycanın Afrika Dostları adlı təşkilatının təşəbbüsü ilə cari ilin cümə axşamı Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan və Avropanın enerji təhlükəsizliyi mövzusunda çıxış etmişdir. Bu barədə Trend-ə Azərbaycanın Cənubi Afrikadakı səfirliyindən məlumat verilib.

Çıxış zamanı Abdullayev Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji layihələrinin bütün regionun, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəldiyini qeyd edərək, Azərbaycanın bu sahədə artan strateji rolu və enerji istehsalçısı və tranzit ölkə kimi yüksək əhəmiyyəti barədə məlumat vermişdir.

XİN rəsmisi praqmatik, balanslı, və çoxşahəli enerji strategiyası həyata keçirən Azərbaycanın bu gün dünya ictimaiyyətinin etibarlı tərəfdaşına çevrildiyini bildirmişdir.

Tədbirdə diplomatlar, akademik dairələrin nümayəndələrin, iş adamları və Azərbaycan icmasının üzvləri iştirak etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti