...

Svetlana Orlova: Azərbaycanlı miqrantların böyük hissəsi rus dilində danışa bildiyi üçün problemlə üzləşmirlər

Siyasət Materials 3 Noyabr 2012 12:53 (UTC +04:00)
Azərbaycanlı miqrantların böyük hissəsi rus dilində danışa bildiyi üçün problemlə üzləşmirlər. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda jurnalistlərə Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının həmsədri xanım Svetlana Orlova deyib.
Svetlana Orlova: Azərbaycanlı miqrantların böyük hissəsi rus dilində danışa bildiyi üçün problemlə üzləşmirlər

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.Medhiyev/

Azərbaycanlı miqrantların böyük hissəsi rus dilində danışa bildiyi üçün problemlə üzləşmirlər. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda jurnalistlərə Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının həmsədri xanım Svetlana Orlova deyib.

Orlovanın sözlərinə görə, Rusiyanın hazırda azərbaycanlı miqrantlar, ümumiyyətlə, Azərbaycan diasporu ilə bağlı heç bir problemi yoxdur. Buna səbəb hökumətlər arasında mütəmadi olaraq bu məsələlərin həlli istiqamətində aparılan müzakirələr və verilən qərarlardır.

O bildirib ki, miqrantlarla bağlı problem dünyanın hər yerində mövcuddur. Rusiyada dövlət qurumunda aparılan islahatlardan sonra miqrasiya ilə bağlı müvafiq dəyişiklərin aparılması istiqamətində ciddi işlər görülür.

Onun fikrincə, əmək fəaliyyəti ilə bağlı mühacirlərin qarşılaşdığı problemlər ilk növbədə onların qanuni əmək yerləri ilə təmin edilməməsi, sığorta məsələsi, həmçinin yaşayış yerlərinin qənaətbəxş olmaması ilə bağlıdır.

Qeyd edək ki, Rusiya Federasiya Şurası ölkədə mənzil-kommunal təsərrüfatı, ticarət və xidmət sahələrində işləyən xarici miqrantların rus dili bilikləri üzrə imtahan verməsini tələb edən qanunu bəyənib. Qanuna əsasən, xarici miqrant rus dilini ən azı baza səviyyəsində bilməlidir.

Qanunda qeyd olunur ki, ölkəyə viza almadan gələn və mənzil-kommunal təsərrüfatı, pərakəndə ticarət və ya məişət xidməti sahəsində işləməyi planlaşdıran xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Rusiyada işləmək üçün icazə almaq və ya bu icazə müddətini uzatmaq üçün baza səviyyəsindən aşağı olmayaraq rus dilində danışmaq qabiliyyətini təsdiq etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti