...

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə çəkilən xərclər artırıla bilər

Siyasət Materials 7 Noyabr 2012 16:51 (UTC +04:00)
Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə çəkilən xərclərin artırılması mümkündür.
Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə çəkilən xərclər artırıla bilər

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə çəkilən xərclərin artırılması mümkündür. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsində deyib.

"2013-cü il dövlət büdcəsi layihəsində bu məqsədlər üçün nəzərdə tutulan iki milyon manat son rəqəm deyil. Bu qanun bizim üçün yenidir və maliyyələşdirmənin yeni istiqamətidir", - Şərifov qeyd edib.

Nazir bildirib ki, əgər iki milyon manat kifayət etməsə, maliyyələşdirmənin artırılması məsələsinə baxıla bilər. Bu yalnız layihədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti