Azərbaycan, Bakı, 10 noyabr /Trend/
Noyabrın 9-da Rusiya Federasiyasının (RF) Xarici İşlər Nazirliyində (XİN) baş tutan görüşdə bu ölkənin xarici işlər nazirinin müavini Qriqori Karasin və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu ikitərəfli münasibətlərin bəzi aktual məsələlərini müzakirə ediblər. Bu barədə Trend Rusiya XİN-in rəsmi saytına istinadən məlumat verir.
Görüşdə, həmçinin Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov deyib.