...

Qənirə Paşayeva: Milli Məclis Uruqvay rəhbərliyinə etirazını bildirməlidir

Siyasət Materials 14 Noyabr 2012 13:30 (UTC +04:00)
Milli Məclis Uruqvay parlamentinin üzvünün bu yaxınlarda söylədiyi fikirlərə və onun Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar etirazını bildirməlidir.
Qənirə Paşayeva: Milli Məclis Uruqvay rəhbərliyinə etirazını bildirməlidir

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Axundov/

Milli Məclis Uruqvay parlamentinin üzvünün bu yaxınlarda söylədiyi fikirlərə və onun Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar etirazını bildirməlidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin plenar iclasında deyib.

"Uruqvaylı deputatın fəaliyyəti Azərbaycan xalqına qarşı hörmətsizliyin təzahürüdür. Onun fəaliyyəti beynəlxalq normalara ziddir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir göstərir. Xarici İşlər Nazirliyi zəruri tədbirlər görür, lakin Milli Məclis də Uruqvay rəhbərliyinə etirazını bildirməlidir", - Paşayeva qeyd edib.

"Uruqvay separatçı "Dağlıq Qarabağın müstəqilliyini" tanıyacaq ilk ölkələrdən biri ola bilər", - bunu çərşənbə axşamı Xankəndidə Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupunun üzvü, Uruqvay parlamentinin Xarici əlaqələr komissiyasının üzvü Ruben Martinos Uelmo bildirib. Bu barədə ARKA xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti