...

İƏT-in baş katibi Qəzzada vəziyyəti araşdırmaq üçün xüsusi komitənin göndərilməsini təklif edir

Siyasət Materials 20 Noyabr 2012 12:55 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Fələstin anklavının daxilində vəziyyətin araşdırılması üçün xüsusi komitənin yaradılmasını və Qəzzaya göndərilməsini təklif edir.
İƏT-in baş katibi Qəzzada vəziyyəti araşdırmaq üçün xüsusi komitənin göndərilməsini təklif edir

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir A.Tağıyeva/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Fələstin anklavının daxilində vəziyyətin araşdırılması üçün xüsusi komitənin yaradılmasını və Qəzzaya göndərilməsini təklif edir. Trend-in məlumatına görə, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Komitənin apardığı təhqiqat nəticəsində bir həftə ərzində İsrailin Qəzzaya qarşı təcavüzü nəticəsində nə qədər dinc sakinin həlak olduğu məlum olacaq.

İsrail HHQ və HDQ artıq bir həftədir Qəzza sektorunun ərazisini atəşə tutur. Fələstinlilər arasında itkilərin sayı artıq yüzü ötüb. Bundan əlavə, İsrailin Fələstin anklavına quru qoşunları çıxarmağa hazırlıq görməsi xüsusi narahatlıq doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti