Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Tağıyeva /
Erməni lobbisi Ermənistanı ciddi nəzarət altında saxlayır, nəticədə ölkə erməni diasporunun girovuna çevrilib. Bunu Türkiyə parlamentinin spikeri Cəmil Çiçək bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Anadolu" agentliyi xəbər yayıb.
Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında ciddi problemlər var. Çiçək bir daha qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt etmiş işğalçı ölkədir.