...

Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub

Siyasət Materials 22 Noyabr 2012 20:57 (UTC +04:00)
Noyabrın 21-22-də Azərbaycan Milli Məclisinin üzvləri, Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Çingiz Əsədullayev, üzvlər Cavanşir Feyziyev və Fuad Muradov Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti əsasında Londona səfər ediblər.
Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Noyabrın 21-22-də Azərbaycan Milli Məclisinin üzvləri, Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Çingiz Əsədullayev, üzvlər Cavanşir Feyziyev və Fuad Muradov Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti əsasında Londona səfər ediblər.

Azərbaycanın Britaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində millət vəkilləri bu ölkənin Xarici İşlər Nazirliyində olublar. Həmçinin, dostluq qrupunun üzvləri Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Kris Pinçer, Böyük Britaniya parlamentinin Enerji məsələləri komitəsinin sədr müavini Robert Smit, Lordlar Palatasının üzvləri Barones O'Ketn, Lord Leyrd və Lord German ilə görüşlər keçiriblər. Görüşlərdə səfir Fəxrəddin Qurbanov da iştirak edib.

Keçirilmiş görüşlərdə Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun fəaliyyəti, iki ölkə arasındakı münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşlərin nəticəsi olaraq, parlamentlərarası işçi qrupunun üzvləri iki ölkənin qanunverici orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti