...

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

Siyasət Materials 24 Noyabr 2012 16:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Neboyşa Radmanoviçə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Neboyşa Radmanoviçə təbrik məktubu ünvanlayıb.

"Bosniya və Herseqovinanın milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dostluq əlaqələrimizin daha da genişləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi yolunda addımlarımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Neboyşa Radmanoviçə ən xoş arzularını yetirib, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti