Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir M.Əliyev/
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyası (PA) ölkələrinin parlament spikerlərinin konfransı 2013-cü ilin may ayında Bolqarıstanın Varna şəhərində keçiriləcək.
Trend-in məlumatına görə, bu qərar bazar ertəsi təşkilatın Daimi Komitəsinin Bakıda keçirilən 40-cı iclasında qəbul edlib.
Bundan başqa, tədbirlər planına Varnada keçiriləcək IV Qara dəniz Ticarət və investisiyalar forumu daxil edilib.
2013-cü il fevralın 26-da İstanbulda QDİƏT PA-nın yaradılmasının 20 illiyinə həsr edilmiş təntənəli qəbul təşkil ediləcək və təşkilatın Daimi Komitəsinin iclası keçiriləcək.