...

Türkiyəli deputat: TANAP layihəsinin iqtisadi dəyəri yatırılan vəsaitdən 2-3 dəfə artıq olacaq

Siyasət Materials 27 Noyabr 2012 13:31 (UTC +04:00)
TANAP layihəsinin iqtisadi dəyəri yatırılan vəsaitdən 2-3 dəfə artıq olacaq.
Türkiyəli deputat: TANAP layihəsinin iqtisadi dəyəri yatırılan vəsaitdən 2-3 dəfə artıq olacaq

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir M.Əliyev/

TANAP layihəsinin iqtisadi dəyəri yatırılan vəsaitdən 2-3 dəfə artıq olacaq. Bu barədə Trend-ə çərşənbə axşamı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində Türkiyə nümayəndə heyətinin rəhbəri, Türkiyə millət vəkili İsmayıl Safi bildirib.

"Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı ikitərəfli əlqələri daha geniş sahədə inkişaf etdirməyi tələb edir. Böyük layihələr işin başlanğıcıdır, bunun digər qolları, əlaqəli layihələri də olacaq. Misal üçün TANAP üçün 10 milyard dollarlıq bir yatırım ortaya qoyduğumuz zaman, digər alətlərlə, bu layihənin digər qolları ilə bu layihəni inkişaf etdirdiyimiz zaman bu rəqəm 20-30 milyard dollar olacaq. Böyük yatırımlar digər yan yatırımları da gətirəcək", - Safi deyib.

O bildirib ki, TANAP sadəcə ciddi iqtisadi layihə deyil, həm də geostrateji layihədir. "Bu, Azərbaycan-Türkiyə əlaqələrini daha sıx bağlayan addımdır, iki ölkənin təhlükəsizlik layihəsidir", - Safi deyib.

Millət vəkili qeyd edib ki, TANAP-dan öncə gündəmdə olan Nabukko layihəsi idi və bunu da həm Azərbaycan, həm Türkiyə dəstəkləyirdi. "Lakin Nabukko layihəsi tamamən bir Avropa layihəsi idi. Məhz Azərbaycan və Türkiyə hökumətlərinin iradəsi ilə TANAP layihəsi ərsəyə gəldi. Bu Nabukko-ya alternativ, onu lazımsız edən layihə deyil, amma Nabukko-nu tamalayan, bütöv bir türk layihəsidir", - Safi deyib.

O qeyd edib ki, TANAP Azərbaycanın təbii ehtiyatlarını Türkiyəyə və onun üzərindən bütün Avropaya çatdıracaq. "Bu tamamən Türkiyənin və Azərbaycanın nəzarətində olan bir layihədir. Təbii qaz istehsalı önəmlidir, lakin onu düzgün ixrac etmək daha da önəmlidir", - türkiyəli millət vəkili deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti