Türkiyə və Azərbaycan arasındakı iqtisadi əlaqələrə Qara dəniz regionu ölkələrinin də qoşulması təklif edilir

Siyasət Materials 28 Noyabr 2012 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/

Türkiyə və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli iqtisadi əlaqələrə Qara dəniz ətrafındakı ölkələr də qoşulmalıdır. Trend-in məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində Türkiyə nümayəndə heyətinin rəhbəri İsmayıl Safi qurumun Bakıda keçirilən 40-cı Baş Assambleyasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"QDİƏT PM-in Bakıda keçirilən iclası zamanı Türkiyə və Azərbaycanın iqtisadi sahədə çalışan 300-ə yaxın nümayəndəsi görüşdü, 1000-ə yaxın müqavilələr imzalandı. Bu işbirliyinə digər QDİƏT üzvü olan ölkələr də qoşula bilər və bundan öz səmərəsini götürə bilər", - o deyib.

Safi qeyd edib ki, QDİƏT ölkələrinin iqtisadi əlaqələrinin inkişaf etməsi bütövlükdə regionun inkişafına müsbət təsir göstərə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti