...

Azərbaycanda hərbi attaşelərin ilin yekunlarına dair toplantısı keçiriləcək

Siyasət Materials 30 Noyabr 2012 09:55 (UTC +04:00)
Bakıda dekabrın 7-də Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçiriləcək.
Azərbaycanda hərbi attaşelərin ilin yekunlarına dair toplantısı keçiriləcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda dekabrın 7-də Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçiriləcək. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 17-20-də isə Türkiyədə Türkiyə-Azərbaycan yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək.

Azərbaycan zabitləri 5-7 dekabrda Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən, İsveçdə keçiriləcək "VIKING 14" kompüter dəstəkli komanda-qərargah təliminin ilkin planlaşdırma konfransında iştirak edəcəklər.

Dekabrın 16-18-də isə NATO Müdafiə Kollecinin nümayəndələrinin Azərbaycana səfəri planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti