...

İran ABŞ-ın pilotsuz təyyarəsindən beynəlxalq məhkəmədə dəlil kimi istifadə edə bilər

Siyasət Materials 4 Dekabr 2012 17:18 (UTC +04:00)
İran ABŞ-ın vurulan pilotsuz təyyarəsindən beynəlxalq məhkəmədə Birləşmiş Ştatlara qarşı dəlil kimi istifadə edə bilər.
İran ABŞ-ın pilotsuz təyyarəsindən beynəlxalq məhkəmədə dəlil kimi istifadə edə bilər

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran ABŞ-ın vurulan pilotsuz təyyarəsindən beynəlxalq məhkəmədə Birləşmiş Ştatlara qarşı dəlil kimi istifadə edə bilər. Trend-in çərşənbə axşamı IRIB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.

"Biz dəfələrlə bəyan etmişik ki, əgər ABŞ İrana qarşı təcavüzü davam etdirəcəksə, biz müvafiq addımlar atacağıq", - Salehi qeyd edib.

Qeyd edək ki, İran mənbələrinin dava əvvəl verdikləri məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində ABŞ-ın pilotsuz uçuş aparatını vurub. ABŞ isə öz növbəsində bu məlumatı təkzib edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti