...

Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 4 Dekabr 2012 18:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 18 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 6 milyon manatı Ağsu rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti