Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.
Trend-in Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova istinadən verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Taryel Ələkbərov, həmin idarənin Preventiv tədbirlər və təhqiqat şöbəsinin böyük prokuroru Pərvin Quliyev və Bakı şəhəri, Nizami rayon prokurorunun müavini Məmmədəli Rəhmətov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Saatlı, Neftçala və Şuşa rayon prokuroru vəzifələrinə təyin ediliblər.