...

Qazaxıstan parlamenti Azərbaycanla imzalanmış torpaq sahələrinin ayrılması haqqında sazişi təsdiq edib

Siyasət Materials 6 Dekabr 2012 12:03 (UTC +04:00)
Müzakirələrin yekunu üzrə "Qazaxıstan və Azərbaycan hökumətləri arasında diplomatik nümayəndəliklərin binalarının tikintisi torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında" sazişin təsdiq edilməsi haqqında qanun qəbul edilib.
Qazaxıstan parlamenti Azərbaycanla imzalanmış torpaq sahələrinin ayrılması haqqında sazişi təsdiq edib

Qazaxıstan, Astana, 6 dekabr /Trend, müxbir D.Muxtarov/

Bu gün Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) növbəti iclası keçirilib.

Müzakirələrin yekunu üzrə "Qazaxıstan və Azərbaycan hökumətləri arasında diplomatik nümayəndəliklərin binalarının tikintisi torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında" sazişin təsdiq edilməsi haqqında qanun qəbul edilib.

"Qazaxıstan Astanada səfirlik binasının tikintisi üçün Azərbaycana 0,5 hektar torpaq sahəsini 49 il müddətinə icarə haqqı ildə bir təngə olmaqla verir", - Senatın profil komitəsinin rəyində bildirilir. Bu barədə Trend Senatın mətbuat xidmətinə istinadən məlumat verir.

Öz növbəsində, Azərbaycan tərəfi Bakıda Qazaxıstan səfirliyinin binasının analoji dövrdə tikintisi üçün ildə bir manat məbləğində icarə haqqı üzrə ümumi sahəsi 0,5 hektar olmaqla torpaq sahəsini Qazaxıstan tərəfinə verir.

Paritet əsasda diplomatik nümayəndəliklərin binalarının tikintisi dövlətin milli qanunvericiliyinə uyğun olaraq, topraq sahələrindən istifadəyə görə ödəmələr istisna olmaqla bütün vergilərdən, yığımlardan və rüsumlardan azad edilir.

Qanun imzalanmaq üçün dövlət başçısına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti