...

XİN rəhbərinin müavini: Türkiyə Xəzər regionu ölkələri ilə sülhə, dialoqa və əməkdaşlığa can atır

Siyasət Materials 6 Dekabr 2012 17:55 (UTC +04:00)
Türkiyə Xəzər regionu ölkələri ilə sülhə, dialoqa və əməkdaşlığa can atır.
XİN rəhbərinin müavini: Türkiyə Xəzər regionu ölkələri ilə sülhə, dialoqa və əməkdaşlığa can atır

Türkiyə, İstanbul, 6 dekabr /Trend, xüsusi müxbir A.Bədəlova/

Türkiyə Xəzər regionu ölkələri ilə sülhə, dialoqa və əməkdaşlığa can atır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Naci Koru bildirib.

"Xəzər regionu strateji əhəmiyyətə malikdir və aydındır ki, regiondakı münaqişələr onun inkişafına mənfi təsir göstərir", - nazir müavini deyib.

Koru əlavə edib ki, Türkiyə münaqişələrin həllinə kömək etmək üçün hər cür səy göstərməyə hazırdır.

"Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik", - nazir müavini bildirib.

Onun sözlərinə görə, Türkiyə gələcəkdə Mərkəzi Asiya ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasına hazırdır.

Koru hesab edir ki, Xəzər dənizinin enerji resursları beynəlxalq enerji təhlükəsizliyi üçün əsasdır.

"Cənub qaz dəhlizi"nin reallaşdırılması Xəzər qazı üçün alternativ marşrutu təmin edir, bu layihə Aİ, eləcə də Türkiyə üçün vacibdir, çünki bu, əlavə mənəbələri təmin edir", - o, bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti