...

Vilnüsdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Siyasət Materials 12 Dekabr 2012 16:18 (UTC +04:00)
Vilnüsdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Vilnüsdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Vilnüsdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Litvanın müxtəlif universitetlərində təhsil alan tələbələrimiz, Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri, soydaşlarımız iştirak edib. Səfir Həsən Məmmədzadə çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, müasir Azərbaycan dövlətinin qurucusunun əvəzsiz xidmətlərindən bəhs edib.

Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Dağlıq Qarabağ Azərbaycanlı İcmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov, Ukrayna Azərbaycanlı Gənclər İttifaqının sədri Anar Tahirov öz çıxışlarında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən minnətdarlıqla danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti