...

Yavər Camalov: Dünyanın aparıcı şirkətləri Azərbaycanın müdafiə təyinatlı məhsullarına maraq göstərir

Siyasət Materials 17 Dekabr 2012 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən 7 il ərzində Müdafiə Sənayesi Nazirliyində 45 istehsal sahəsi yaradılıb və hazırda 700-dən artıq müdafiə təyinatlı məhsullar istehsal olunur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir qeyd edib ki, eləcə də həmin bazadan istifadə etməklə mülki təyinatlı məhsulların istehsalı istiqamətində də müəyyən nailiyyətlər əldə olunub.

"Bu gün 400-dən artıq çeşiddə mülki təyinatlı məhsullar istehsal olunur. Bildiyiniz kimi, müdafiə təyinatlı məhsullarla yanaşı mülki təyinatlı məhsulların da sərgisi keçirilir. Artıq biz üç dəfə beynəlxalq sərgilərdə iştirak etmişik", - Camalov deyib.

Nazir bildirib ki, Müdafiə Sənayesi Nazirliyi 10 dəfə müdafiə təyinatlı məhsulların beynəlxalq sərgisində iştirak edib.

"Axırıncı iştirak etdiyimiz sərgi İndoneziyanın paytaxtı Cakarta şəhərində olub. Burada 125 adda müdafiə təyinatlı məhsullar nümayiş etdirmişik. Burada dünyanın aparıcı şirkətlərindən və firmalarından çoxları Azərbaycanda istehsal olunan məhsullara maraq göstərib və əməkdaşlıq istiqamətində müəyyən razılaşmalar əldə olunub", - Camalov deyib.

Nazir, həmçinin vurğulayıb ki, 2012-ci ildə nazirliyin ixracatı 22 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti