...

Azərbaycan ilə ABŞ arasında mövcud əməkdaşlıq münasibətləri müzakirə edilib

Siyasət Materials 17 Dekabr 2012 16:54 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov dekabrın 17-də partiyanın mənzil qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüşüb.
Azərbaycan ilə ABŞ arasında mövcud əməkdaşlıq münasibətləri müzakirə edilib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov dekabrın 17-də partiyanın mənzil qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüşüb.

Trend YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, Əhmədov əvvəlcə ABŞ-ın Nyutaun şəhərindəki ibtidai məktəblərdən birində çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciə ilə bağlı səfir Riçard Morninqstara başsğlığı verib və bu hadisənin Azərbaycanda dərin təəssüf hissi ilə qarşılandığını nəzərə çatdırıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, ölkəmizin geosiyasi durumu və cərəyan edən proseslər əsas müzakirə mövzusu olub.

Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti