...

Bakıda GUAM Parlament Assambleyası Bürosunun iclası keçirilir

Siyasət Materials 19 Dekabr 2012 10:18 (UTC +04:00)
Bakıda GUAM Parlament Assambleyası Bürosunun iclası keçirilir.
Bakıda GUAM Parlament Assambleyası Bürosunun iclası keçirilir

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/

Bakıda GUAM Parlament Assambleyası Bürosunun iclası keçirilir.

Trend-in məlumatına görə, qapalı keçən iclasda GUAM-ın baş katibi Valeri Çeçelaşvili və GUAM PA-nın üzvü olan ölkələrin nümayəndə heyətləri iştirak edir. Toplantıda GUAM PA-nın bu gün başlayacaq 5-ci yığıncağı ərəfəsində əsas əməkdaşlıq məsələləri müzakirə olunur.

GUAM Parlament Assambleyasının beşinci yığıncağında quruma üzv dövlətlərdə Avropaya inteqrasiya prosesləri, "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti