...

Sumqayıtda abadlıq və yenidənqurma işlərinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 25 Dekabr 2012 18:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sumqayıtda abadlıq və yenidənqurma işlərinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Sumqayıt şəhərində aparılan abadlıq və yenidənqurma işlərini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti