...

Əli Həsənov: Azərbaycan dövlətinin mətbuata dövlət qayğısından bütövlükdə cəmiyyət bəhrələnir

Siyasət Materials 27 Dekabr 2012 19:30 (UTC +04:00)
Azərbaycan dövlətinin mətbuata dövlət qayğısı illərdir ki davam edir. Bu qayğıdan, bu münasibətdən bütövlükdə cəmiyyət bəhrələnir.
Əli Həsənov: Azərbaycan dövlətinin mətbuata dövlət qayğısından bütövlükdə cəmiyyət bəhrələnir

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan dövlətinin mətbuata dövlət qayğısı illərdir ki davam edir. Bu qayğıdan, bu münasibətdən bütövlükdə cəmiyyət bəhrələnir. Trend-in məlumatına görə, bunu cümə axşamı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuata münasibətinin nəticəsi ötən il onun jurnalistlərin dostu seçilməsi oldu. Gələn il jurnalistlər üçün ilk dəfə olaraq ölkə tarixində məxsusi olaraq tikilmiş binanın açılışında iştirak edəcəyik. Ən çox ehtiyacı olan və ən çox xidmət göstərən jurnalistlərə orada evlər paylanacaq", - Həsənov qeyd edib.

PA rəsmisi bildirib ki, 2013-cü ildə Azərbaycanı mühüm hadisələr gözləyir.

"Qarşıdan Azərbaycanda prezident seçkiləri gəlir. Bu seçkilər olan ildə bir qaydada medianın işi də artır. 2013-cü ildə Azərbaycan dövlətinin qarşısında dayanmış sosial-iqtisadi və digər problemlər var. Allahın izni ilə 2013-cü ildə Dağlıq Qarabağı da geri qaytararıq. 2012-ci ilin müvəffəqiyyətlərindən çıxış edərək 2013-cü ildə Azərbaycan dövlətinin bəlli hədəfləri var. Bilirsiniz ki, 2012-ci il Azərbaycan üçün uğurlu il olub. Əsas məsələ odur ki, sizli-bizli birləşərək Azərbaycan dövlətinin və xalqının informasiya ehtiyaclarını təmin etməliyik və bu sahədəki mövcud problemlərini aradan qaldırmalıyıq", - Həsənov əlavə edib.

Həsənovun sözlərinə görə, dövlətin mətbuat sahəsində qəbul etdiyi konsepsiyaya uyğun olaraq, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu hər il jurnalistlərin bu və ya digər problemlərini öz üzərinə götürərək jurnalist əməyinin və jurnalistlərin sosial qayğılarını, bu və ya digər məsələlərinin müəyyən qayğılarını çəkir.

"Əlbəttə, bu ildə fərdi jurnalist müsabiqəsində qalib gələnlər var, amma bu müsabiqədə məğlub olan yoxdur, sadəcə olaraq burada 1-ci, 2-ci, 3-cü və ondan sonrakı yerləri tutanlar var. Burada hər üç yeri tutanlar mükafat alır. Qalanları isə mükafat almasa da növbəti il üçün elan olunan müsabiqələrə daha yaxşı yazılar təqdim edirlər. Amma əsas məsələ bu deyil. Əsas məsələ odur ki, bu tədbirləri keçirməklə bizim dövlətimizin və ölkə başçısı cənab İlham Əliyevin və bütövlükdə Azərbaycan cəmiyyətinin mediaya münasibətini, qayğısını sərgiləyirik", - Həsənov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti