Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Azərbaycan Nazirlər Kabineti "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar çıxarıb.
Nazirlər kabinetindən Trend-ə daxil olan məlumata görə, "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişikliklərdə qeyd olunub ki, diplomatik nümayəndəliklərdə mühasibat uçotu və hesabatı işlərinin aparılması üçün "maliyyə məsələləri üzrə attaşe" vəzifəsi nəzərdə tutulur və diplomatik nümayəndəliyin ştat cədvəlinə əlavə edilir".
Diplomatik nümayəndəliyin hesabına daxil olan maliyyə vəsaitlərinin xərclənməsi yalnız həmin nümayəndəliyin rəhbərinin (və ya onu əvəz edən şəxsin) və maliyyə məsələləri üzrə attaşesinin birgə imzası ilə banka təqdim olunan sənədə əsasən həyata keçirilir.
1.3. 5.3-cü bəndə "əsasında" sözündən sonra "(diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkədə diplomatik nümayəndəliyin əməkdaşlarının yaşaması üçün yerli hakimiyyət orqanları tərəfindən xüsusi ərazilərin müəyyən edildiyi və Azərbaycan Respublikasının mülkiyyətində olan yaşayış binalarının mövcud olduğu hallar nəzərə alınmaqla)" sözləri əlavə edilir.
1.4. həmin Qaydalаrın 2 nömrəli əlavəsi - "Azərbaycan Respub-likasının diplomatik nümayəndəlikləri və konsulluqlarında çalışan diplomatik xidmət əməkdaşlarının yaşayış yeri ilə təminatı normaları"nın cədvəli aşağıdakı redaksiyada verilsin:
Sıra №-si |
Diplomatik xidmət əməkdaşları |
Yaşayış sahəsinin yuxarı həddi (kv.m) |
1. |
Fövqəladə və səlahiyyətli səfir, daimi nümayəndə |
200 |
2. |
Baş konsul |
150 |
3. |
Müşavir-elçi, daimi nümayəndənin müavini |
70 |
4. |
Müşavir, hərbi attaşe (nümayəndə) |
60 |
5. |
Birinci katib, konsul, hərbi attaşenin (nümayəndənin) baş köməkçisi, ikinci katib, vitse-konsul, maliyyə məsələləri üzrə attaşe |
50 |
6. |
Üçüncü katib, konsul agenti, hərbi attaşenin (nümayəndənin) köməkçisi, attaşe |
40 |
7. |
Digər işçilər |
35 |
Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.