...

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının qərargahında internat məktəblərinin şagirdləri ilə görüş keçirib

Siyasət Materials 29 Dekabr 2012 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının qərargahında 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə rayonda yerləşən internat məktəblərinin şagirdləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev və Xəzər RİH-nin başçısının müavini Arif Balayev iştirak ediblər.

Görüş iştirakçıları uşaqları 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etmiş onlara təhsillərində uğurlar arzulamış və gələcəkdə təhsil aldığı internat məktəblərinə dövlət tərəfindən qayğılarını daha da artıralacağını bildirmişlər. Gürüşün sonunda uşaqlara yeni il hədiyyələri və idman ləvazimatları təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti