Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Mehdiyev/
Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı "N" saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümünə etiraz olaraq Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirilib.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, aksiyaçılar şüarlar səsləndirərək yürüş keçiriblər.
Aksiya zamanı hər hansı qarşıdurma, insident qeydə alınmayıb.
Qeyd edək ki, Ceyhun Qubadovun anası mətbuata ünvanladığı müraciətdə etiraz aksiyasının keçirilməsinin tərəfdarı olmadığını deyib.
Bakıda əsgər ölümünə etiraz olaraq aksiya keçirilib
Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı "N" saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümünə etiraz olaraq Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirilib.
