...

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Siyasət Materials 24 Yanvar 2013 16:27 (UTC +04:00)
Yanvarın 24-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabati ilə görüşü olub.
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Yanvarın 24-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabati ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə AYİB arasında uzun illərdir səmərəli əməkdaşlığın mövcudluğu vurğulandı, bu əlaqələrin inkişaf perspektivləri müzakirə olundu. AYİB ilə Azərbaycan arasında enerji, qeyri-enerji, informasiya-kommunikasiya texnologiyaları, sənayenin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Azərbaycanda sosial infrastrukturun inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulandı.

Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini qeyd edən AYİB prezidenti ölkəmizə səfər etmək niyyətində olduğunu dedi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti