Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqunu qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Azərbaycan ilə qardaş ölkə Türkiyə arasındakı ikitərəfli əlaqələrin böyük inkişaf yoluna qədəm qoyduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Camalov nazirliyin fəaliyyəti və Türkiyənin hərbi sənaye kompleksinə daxil olan qurumlarla əməkdaşlığı barədə səfirə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.