...

Azay Quliyev: Müxalifət İsmayıllıda baş verən hadisələrdən öz məqsədləri üçün istifadə etməməlidir

Siyasət Materials 25 Yanvar 2013 15:45 (UTC +04:00)
İsmayıllıda baş verən hadisələri siyasiləşdirməyə ehtiyac yoxdur. Müxalifət də bu hadisələrdən öz məqsədləri üçün istifadə etməməlidir.
Azay Quliyev: Müxalifət İsmayıllıda baş verən hadisələrdən öz məqsədləri üçün istifadə etməməlidir

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

İsmayıllıda baş verən hadisələri siyasiləşdirməyə ehtiyac yoxdur. Müxalifət də bu hadisələrdən öz məqsədləri üçün istifadə etməməlidir. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İsmayıllıda kütləvi iğtişaşlarla müşaiyət olunan son hadisələri şərh edərkən bildirib.

Şura sədri bəzi qüvvələrin bu olaylardan sui-istifadə etmək cəhdlərini də pisləyib.

"Düşünürəm ki, bundan sui-istifadə də etmək olmaz. Bu hadisəni siyasiləşdirməyə ehtiyac yoxdur. Bu hadisələrdən müxalifət öz çıxarları üçün istifadə etməməlidir. Hakimiyyət də bununla bağlı müvafiq işləri görür. Hüquq-mühafizə orqanları məsələnin kökünü araşdıracaq və əminəm ki, bu olayda iştirakı olanlar cəzalandırılacaq", - Quliyev vurğulayıb.

Millət vəkili qeyd edib ki, İsmayıllıda baş verənlər istənilən halda çox üzücü hadisələrdir. "Vətəndaşların belə bir olayda iştirakı xoş deyil. Biz onun səbəbinə baxanda görürük ki, adi bir avtomobil-nəqliyyat hadisəsindən doğan bir hadisə olub və bunu törədən iki şəxsin özünü bu cür nalayiq aparması və yerli insanlara qarşı hörmətsizlik etməsi belə bir etiraza səbəb olub", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti