...

Hərbiçilərin məlum bəyanatına 10805 nəfər qoşulub

Siyasət Materials 30 Yanvar 2013 12:32 (UTC +04:00)
Müdafiə Nazirliyinin hərbi qulluqçularının imzaladığı bəyanata bu günədək 10805 nəfər hərbiçi qoşulub.
Hərbiçilərin məlum bəyanatına 10805 nəfər qoşulub

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müdafiə Nazirliyinin hərbi qulluqçularının imzaladığı bəyanata bu günədək 10805 nəfər hərbiçi qoşulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bir qrup hərbi qulluqçunun məlum bəyanatına yanvarın 26-da Şəmkir bölgəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidməti fəaliyyət göstərən 1300 hərbiçi qoşulmuşdu.

Qeyd edək ki, yanvarın 26-da 150-dən artıq hərbi qulluqçu tərəfindən imzalanmış bəyanat orduya qarayaxmalara qarşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti