...

Əhmədinejad: İran hücum etməyə hazırlaşmır

Siyasət Materials 2 Fevral 2013 13:36 (UTC +04:00)
İran hansısa dövlətə hücum etməyə hazırlaşmır, onun hərbi gücü yalnız müdafiə məqsədi daşıyır.
Əhmədinejad: İran hücum etməyə hazırlaşmır

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbirlər F.Mehdi, E.Tariverdiyeva/

İran hansısa dövlətə hücum etməyə hazırlaşmır, onun hərbi gücü yalnız müdafiə məqsədi daşıyır. Trend IRNA agentliyinə istinadən məlumat verir ki, bu barədə İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib.

Əhmədinejad bu bəyanatla İranın "Qaher-313" adlı qırıcı təyyarəsinin təqdimatı mərasimində çıxış edib.

Prezident Mahmud Əhmədinejad və bir sıra yüksək rütbəli dövlət məmurları tədbirdə iştirak ediblər.

Əhmədinejadın sözlərinə görə, qırıcının layihələndirilməsi və istehsalı İran millətinin özünə əminliyini, sayıqlığını və durmadan irəlilədiyini göstərir və hər hansı ölkənin İrana hücum etmək hüququ yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti