...

Azərbaycan-Almaniya münasibətlərinin perspektivləri müzakirə edilib

Siyasət Materials 2 Fevral 2013 13:42 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov şənbə günü Münhen təhlükəsizlik konfransında iştirakı çərçivəsində Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Hans Ditrix Genşer ilə görüşüb.
Azərbaycan-Almaniya münasibətlərinin perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov şənbə günü Münhen təhlükəsizlik konfransında iştirakı çərçivəsində Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Hans Ditrix Genşer ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı durumu və perspektivləri müzakirə edilib.

Görüşdə, eyni zamanda, regional proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin, Məmmədyarov və Genşer Alman-Azərbaycan Forumunun fəaliyyətini, o cümlədən Forumun iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti