...

Mixeil Saakaşvili Bidzina İvanişvili ilə görüş təyin edib

Siyasət Materials 11 Fevral 2013 10:14 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili bazar ertəsi saat 20.00-də Konstitutsiya məsələləri üzrə məsləhətləşmələr aparmaq məqsədilə Baş nazir Bidzina İvanişvilini görüşə dəvət edib. Trend-in məlumatına görə bu barədə Prezident administrasiyasından məlumat verilib.
Mixeil Saakaşvili Bidzina İvanişvili ilə görüş təyin edib

Gürcüstan, Tbilisi, 11 fevral /Trend, müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixeil Saakaşvili bazar ertəsi saat 20.00-də Konstitutsiya məsələləri üzrə məsləhətləşmələr aparmaq məqsədilə Baş nazir Bidzina İvanişvilini görüşə dəvət edib. Trend-in məlumatına görə bu barədə Prezident Administrasiyasından məlumat verilib.

Yeri gəlmişkən, jurnalistlərə parlament əksəriyyəini və azlığını təşkil edən deputatların nümayəndələrindən məlum olub ki, Saakaşvili və Bidzinanın görüşmək üçün hazır olduqlarının bəyan etmələrinə baxmayaraq, bu görüşün baş tutması ehtimalı çox azdır.

Deputatların məlumatına görə, bazar ertəsi ölkə parlamentinin sədri David Usupaşvili ilə azlığın lideri David Bakradze arasında məsləhətləşmələr keçiriləcək. Onlar Konstitutsiya dəyişikliklərini razılaşdırmalıdırlar.

Qeyd edək ki, parlament azlığı prezidentin hüquqlarının ölkənin Qərbyönlü siyasətinin Konstitutsiyada təsbit edilməsi müqabilində məhdudlaşdırılmasına getməyə hazırdır. Bu arada parlamentdə çoxluq təşkil edən deputatlar Gürcüstanın xarici siyasət kursu ilə bağlı öz fikirlərinin bəyan ediblər. Parlament azlığı isə 14 bənddən bu kursun doqquzunsunu qəbul etmir. Bu bənddə göstərilir ki, Gürcüstan Rusiya və Qərb arasındakı münasibətlərə əngəl olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti