...

Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti ilə görüşüb

Siyasət Materials 12 Fevral 2013 01:51 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələrdə mülki şəxsərin mühafizəsi" mövzusunda çərşənbə axşamı keçirilməsi nəzərdə tutulan açıq müzakirələrində iştirak etmək üçün Nyu Yorka səfərdədir.
Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələrdə mülki şəxsərin mühafizəsi" mövzusunda çərşənbə axşamı keçirilməsi nəzərdə tutulan açıq müzakirələrində iştirak etmək üçün Nyu Yorka səfərdədir. Bu barədə Trend-ə XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Bazar ertəsi Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti Vuk Yeremiç ilə görüş keçirmişdir.

Görüş zamanı, Azərbaycanın BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf etdirilməsi perspektivləri, eləcə də bu əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları ətrafında müzakirələr aparılmışdır.

Azərbaycanın Xarici İşlər Naziri həmsöhbətə Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması istiqamətində göstərilən səylər barədə məlumat verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti