...

Ermənistan prezidentliyinə namizəd seçkilərin təxirə salınması üzrə ərizəsini geri götürməsinin səbəbini açıqlayıb

Siyasət Materials 12 Fevral 2013 17:41 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan Konstitusiya Məhkəməsindən seçkilərin təxirə salınmasına dair əzirəsini geri götürməsini demokratik prinsiplərlə əlaqələndirib.
Ermənistan prezidentliyinə namizəd seçkilərin təxirə salınması üzrə ərizəsini geri götürməsinin səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan Konstitusiya Məhkəməsindən seçkilərin təxirə salınmasına dair əzirəsini geri götürməsini demokratik prinsiplərlə əlaqələndirib.

Trend-in çərşənbə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Hayrikyan deyib ki, bunu 3 gün ərzində etmək istəyib.

"Sənədləri verəndə məlum oldu ki, bunu bir həftə ərzində edə bilərəm. Cəmiyyəti fəallaşdırmaq lazım idi, namizədlərin birindən başqa hamını fəallaşdırdım", - o qeyd edib.

"Seçkiləri təxirə salsaydım, Andreas Qukasyanı çətin vəziyyətə salacaqdım. Əminəm ki, o, seçkilərədək aclıq aksiyasını davam etdirəcək", - Hayrikyan deyib.

Hayrikyan seçkilərdə vahid cəbhədə çıxış etməyi istisna etməyib. O bildirib ki, prezident seçkilərinin ikinci turu qaçılmazdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti