...

Elmar Məmmədyarov Qazaxıstanın fəaliyyət müddəti başa çatan səfiri ilə görüşüb

Siyasət Materials 18 Fevral 2013 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov Qazaxıstan səfirinin fəaliyyətini və Azərbaycan-Qazaxıstan münasibətlərinin genişlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. Nazir səfir Serik Primbetova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ökə arasındakı siyasi dialoqun yüksək səviyyədə olmasından və iqtisadi-ticari əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Səfir ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib və ölkəsinin Azərbaycanla münasibətlərin genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti