Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir M.Əliyev/
Rəsmi Bakı Türkiyə Prezidenti Abdullah Gülün Serj Sarkisyanı yenidən Ermənistan Prezidenti seçilməsi münasibətilə təbrik etməsi məsələsinə münasibətini açıqlayıb.
"Mən də mətbuatda tanış oldum ki, deyəsən, Türkiyə Prerzidenti Abdullah Gül Serj Sarkisyana təbrik məktubu göndərib. Bununla bağlı məndə dəqiq məlumat yoxdur, mən də bir qədər araşdırma aparmalıyam, çünki Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr də yoxdur. Belə bir təbrik olubsa, bunun Türkiyə dövlətinin və ya Abdullah Gülün mövqeyi olması aydınlaşmalıdır", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
PA rəsmisi deyib ki, Ermənistanda keçirilən seçkilərlə bağlı proseslər həddən artıq ziddiyyətlidir.
"Ermənistanın daxilində bununla bağlı çox mühüm proseslər gedir, bir sıra partiyalar və dairələr əslində bunun nəticələrini qəbul etmir, rəsmi nəticələr ortaya qoyulmayıb", - Məmmədov əlavə edib.
Rəsmi Bakı Abdullah Gülün Serj Sarkisyanı təbrik etməsi məsələsinə münasibətini açıqlayıb
Rəsmi Bakı Türkiyə Prezidenti Abdullah Gülün Serj Sarkisyanı yenidən Ermənistan Prezidenti seçilməsi münasibətilə təbrik etməsi məsələsinə münasibətini açıqlayıb.
