...

Fransanın prezidenti Rusiyaya iki günlük səfər edəcək

Siyasət Materials 27 Fevral 2013 01:12 (UTC +04:00)
Fransanın prezidenti Fransua Olland rusiyalı həmkarı Vladimir Putinin dəvətilə fevralın 27-28 tarixlərində bu ölkədə səfərdə olacaq.
Fransanın prezidenti Rusiyaya iki günlük səfər edəcək

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Fransanın prezidenti Fransua Olland rusiyalı həmkarı Vladimir Putinin dəvətilə fevralın 27-28 tarixlərində bu ölkədə səfərdə olacaq.

Trend-in RİA Novostiyə istinadən yaydığı məlumatda deyilir ki, danışıqlar zamanı ikitərəfli münasibətlərin vacib sahələri üzrə, xüsusilə də, ticarət, enerji, investisiya, innovasiya və texnologiya sahəsində sənaye kooperasiyası, humanitar əməkdaşlıq istiqamətlərində müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti