...

İranın Mazandaran əyaləti Azərbaycanın bu ölkənin sərhəd rayonları ilə əməkdaşlıq etməkdə maraqlıdır

Siyasət Materials 27 Fevral 2013 09:12 (UTC +04:00)
İranın Mazandaran əyalətinin başçısı Əliəkbər Tahayinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya gələcək.
İranın Mazandaran əyaləti Azərbaycanın bu ölkənin sərhəd rayonları ilə əməkdaşlıq etməkdə maraqlıdır

Azərbaycan, Bakı, 27 fevral /Trend müxbir T.Cəfərov/

İranın Mazandaran əyalətinin başçısı Əliəkbər Tahayinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya gələcək.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mahammad Ayatullahi deyib.

"Tahayi 2 günlük səfər zamanı Azərbaycanda bir sıra görüşlar keçirəcək. İranın Mazandaran əyaləti və Azərbaycanın İranla sərhəd rayonları arasında əlaqələrin inkişafına dair müzakirələr aparacaq" - deyə Ayatullahi bildirib.

Qeyd edək ki, İranın Mazandaran əyalətinin başçısı bir neçə gün öncə Azərbaycanın İrandakı səfiri Cavansir Axundovla görüşündə Mazandaranda Azərbaycanın baş konsulluğunun və Mazandaran-Bakı hava reysinin açılmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti