...

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib

Siyasət Materials 2 Mart 2013 17:47 (UTC +04:00)
Prezident İlham Əliyev Bolqarıstanın dövlət başçısı Rosen Plevneliyevi milli bayram münasibəti ilə təbrik edib.
İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib

Azərbaycan, Bakı, 2 mart /Trend/

Prezident İlham Əliyev Bolqarıstanın dövlət başçısı Rosen Plevneliyevi milli bayram münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir: "Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm".

Azərbaycan və Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir.

"Ümidvaram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik", məktubda deyilir.

İlham Əliyev sonda bolqarıstanlı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti