...

Mübariz Qurbanlı: Seçkilərin saxtalaşdırılması Ermənistanda böhranı daha da dərinləşdirir

Siyasət Materials 4 Mart 2013 13:54 (UTC +04:00)
Ermənistanda böhran bütün sahələri əhatə edir və son prezident seçkilərinin saxtalaşdırılması bu böhranı daha da dərinləşdirir. Trend-in məlumatına görə,bu barədə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı YAP-ın rəsmi saytına deyib.
Mübariz Qurbanlı: Seçkilərin saxtalaşdırılması Ermənistanda böhranı daha da dərinləşdirir

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Mehdiyev/

Ermənistanda böhran bütün sahələri əhatə edir və son prezident seçkilərinin saxtalaşdırılması bu böhranı daha da dərinləşdirir. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı YAP-ın rəsmi saytına deyib.

Qurbanlı bildirib ki, işğalçı dövlətdə siyasi və sosial-iqtisadi böhran bütün cəmiyyətə sirayət edib. Onun fikrincə, belə bir şəraitdə seçkilərin saxtalaşdırılması qarşıdurmaları daha da artırıb.

"Qərbyönümlü namizəd Hovanesyan iddia edir ki, seçkidə qələbə qazanıb. Amma göründüyü kimi xaricdə bəzi dairələr Sarqsyanı müdafiə edirlər. Təbriklərin arxasında da onun hakimiyyətdə qalmasına dəstək amili dayanır", - Qurbanlı deyib.

O həmçinin bildirib ki, böyük dövlətlər Sarqsyanı təbrik edirlərsə, bu təbriklər ictimai rəydə müəyyən mənada sakitləşdirici rol oynamasına xidmət edir.

"Amma bütün bunlara baxmayaraq, işğalçı dövlətdə qarşıdurmanın davam edəcəyi gözlənilir. Bu seçkilərdən sonra Sarqsyan öz yerini möhkəmləndirsə, Ermənistanda mühacirət daha da yüksələcək, narazı elektorat bu ölkəni tərk etməyə başlayacaq. Necə deyərlər, ermənilər ayaqla səs verəcəklər. Yəni insanlar Sarqsyanın "qələbəsinə" ölkəni tərk etməklə münasibət bildirəcəklər"- YAP İcra katibinin müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti